Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2013

Ərdoğan oğluna iş açan prokuroru hədələdi

Baş nazir Ərdoğan prokuror Müəmmər Akqaşa “dayan görək, səninlə işimiz hələ bundan sonradır”,- dedi.

“Axar.az” xəbər verir ki, Türkiyənin Baş naziri R.T.Ərdoğan mitinqində bu dəfə korrupsiya əməliyyatlarının ikinci dalğasını araşdıran Respublika prokuroru Müəmmər Akqaşı hədəfə alıb:

“Dövlət içində dövlət qurmağa cəhd edənlər bilsinlər ki, qarşılarında bizi görəcəkələr. Bu hansı soydan olursa-olsun, kim olursa-olsun, fərqi yoxdur. Bu ölkədə dövlətin içində xidməti istismar etməyə cəhd edənlər, dini çevrələri, məsum bacı-qardaşlarımızı istismar etməyə cəhd edənlər qarşılarında bizi görəcəklər”.

Səninlə hələ işimiz var

“Bir prokuror çıxır, vəzifəsindən fərqli istifadə edir. Gizli olan sənədlərlə, tərəfində olan mediadan istifadə edərək bir çox məsum insana şər atır, onları günah keçisi vəziyyətinə salırlar. Bu insanlar sabah tərtəmiz olsalar da, insan içində necə gəzəcəklər? Baş prokurorumuzun verdiyi bir açıqlama çoxmənalıdır. Ancaq bu vəzifədən sui-isifadə edərək, bu ölkənin bölünməsinə səbəb olurlarsa, bunu xalqa göstərəcəyik. Bu necə prokurordur? Bir dayan hələ, səninlə işimiz var. İşimiz var hələ səninlə. Ədalət sarayının qarşısında ədalət deyil, xəbərdarlıq paylayırsan. Hansı prokuror küçəyə çıxıb xəbərdarlıq paylayar?”
1548 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:01