Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2013

“Səttar Mehbalıyev deputatlıq mandatından məhrum edilməlidir”

Qarabağ əlili Zaur Həsənovun özünü yandırması faktı üzrə intihar həddinə çatdırma maddəsi ilə cinayət işi qaldırılmalıdır.

Bunu hüquqşünas Aslan İsmayılov “Turan”-a müsahibəsində deyib.

Onun sözlərinə görə, Z.Həsənovun intihar həddinə çatdırılmasını düşünməyə çoxlu əsaslar var.

Mərhumun uşaqları mətbuata bildiriblər ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbəri Səttar Mehbalıyev onların yanında Z.Həsənovu dəfələrlə təhqir edib, aşağılayıb.

Bundan əlavə, A.İsmayılov təklif edib ki, Z. Həsənov əvvəllər də obyektinin əlindən alınmasına etiraz olaraq damarlarını kəsib, aclıq keçirib.

A.İsmayılovun fikrincə, prokurorluq S.Mehbalıyevin deputat toxunulmazlığının götürülməsi və onun istintaqa cəlb olunması üçün parlamentə müraciət etməlidir.

“Lakin bu işdə təkcə Səttar Mehbalıyevi günahkar saymaq olmaz. Veteranın ölümünə görə qanunsuz qərar çıxaran hakimlər də məsuliyyət daşıyırlar. Yalnız belə olan halda cəmiyyəti bu cür hallardan təmizləmək olar. Yalnız belə olan halda hakimlər qanunsuz qərarlar qəbul etməyəcəklər, onları buna məcbur edənlər isə artıq bunu etməyəcəklər”, - A.İsmayılov bildirib.

Onun fikrincə, birinci instansiya məhkəməsinin, Apelyasiya və Ali məhkəmələrin hakimləri, həmçinin həmin məhkəmə instansiyalarının sədrləri qazinin ölümünə görə məsuliyyət daşıyırlar.

A.İsmayılov hesab edir ki, S.Mehbalıyev “vəzifə xidmətindən və Ali Məhkəmənin sədri Ramiz Rzayevlə şəxsi dostluq əlaqələrindən istifadə edərək öz xeyrinə qərar qəbuluna nail olub”.

“Qeyd edək ki, faciəvi hadisədən dərhal sonra Ramiz Rzayev işə Ali Məhkəmədə baxılmasından imtina edib, halbuki, bu faktdır və Z.Həsənovun kassasiya şikayətinin təmin edilməməsi barədə Ali Məhkəmənin qərarı var”, - o bildirib.

Vəkil Fuad Ağayevin də fikrincə, özünüyandırma faktı üzrə cinayət təhqiqatı aparılmalıdır. Əgər intihar həddinə çatdırma faktı müəyyən edilsə, günahkarlar cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bununla yanaşı səlahiyyətli hakimlərin və vəkillərin iştirakı ilə Z.Həsənovun obyektinin əlindən alınmasının əsaslı və qanuni olub-olmaması barədə məhkəmə qərarları araşdırılmalıdır. “Azərbaycanda məhkəmə hakimiyyəti pis vəziyyətdədir, bütün səviyyələrdə hakimlərin qanunsuz qərarlar qəbul etməsi praktikası mövcuddur. Avropa İnsan Hüquqları Məhkəməsinin çoxsaylı qərarları bundan xəbər verir. Odur ki, hakimlərin qanunsuz qərarlar qəbul etməsi ilə bağlı faktlar müəyyən edilərsə Ali Məhkəmənin sədri Ramiz Rzayev Ali Məhkəmənin plenumunda bu qərarların ləğvi barədə təqdimatla çıxış etməlidir”, - F.Ağayev bildirib.
1544 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:10