Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2013

Almaniyada polis bölməsinə basqın olub

Almaniyanın şimalındakı Hamburq şəhərində solçu qruplardan ibarət təxminən 10 min nəfərin qatıldığı nümayişdən bir həftə sonra, bir polis bölməsinə basqın təşkil olunub, - "DunyaBulteni".

Basqınçıların kimliyi hələ də müəyyənləşdirilməyib. Hücum nəticəsində 3 polisin ağır yaralandığı bildirilir. Dünən gecə saatlarında edilən hücumdan bir gün əvvəl 30-40 nəfərə yaxın fəal Reeperbahn istiqamətindəki David polis bölməsi qarşısında toplaşaraq polisləri təhqir edən şüarlar səsləndirmişdi. Fəallar bölmnədən çölə çıxan polislərə daş və şüşə atıblar.

Alman Polis Həmkarlar İttifaqı təmsilçisi hadisəni şərh edərək bildirib. "Polisin üzərinə çox qısa məsafədən daş və şüşə atanlar insan öldürməyi qarşılarına məqsəd qoyublar. Vəziyyət bu cür davam etsə polislər də odlu silahdan istifadə etmək məcburiyyətində qalacaq".

Xatırladaq ki, keçən həftə baş verən nümayişlərdə qarşıdurma nəticəsində polisin verdiyi məlumata görə 120 polis yaralanmışdı./deyerler/
1658 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 19:15