Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2013

“Ərazisi düşmən işğalı altında olan ölkənin hər hansı uğurdan danışması düzgün deyil”

Cəmil Həsənli: “Ərazisi düşmən işğalı altında olan ölkənin hər hansı uğurdan danışması düzgün deyil”

İlin sonluğu ilə bağlı fərqli hesabatlar verilməkdədir. Hakimiyyət bu ilin sonluğunu ümumi olaraq uğurlu sayır. Hədəfə çatıldığını bildirən iqtidar rəsmiləri iqtisadi və siyasi islahatlar aparıldığını iddia edir. Bəs müxalifət cəbhəsi ilin yekununu necə dəyərləndirir? Görəsən müxalifət cəbhəsi hansı hədəflərə çatdı?

Deyerler.Org-a ilin yekunu ilə bağlı dəyərləndirməsində Milli Şuranın sədri Cəmil Həsənli bildirib ki, uğur onda olacaq ki, bu illərin hansındasa ərazilər azad olacaq: “Hakimiyyətin ilin sonu ilə bağlı verdiyi qiymətlə mən razı deyiləm. Yeridilən siyasətdə Qarabağ qazisi özünə od vurub yandırıbsa və bu yanğın nəticəsində həyatını itiribsə, necə bu ili uğurlu il hesab etmək olar? Bu bütövlükdə yeridilən siyasətin mahiyyətini ortaya qoydu. Ölkədə ərşə dayanan zülmün və haqsızlığın mahiyyətini ortaya qoydu. Hakimiyyət əgər düşünürsə onun üçün bu il uğurlu olub, mənə elə gəlir ki, onun dəyərləndirmə üslubu tamamilə yalnışdır.

Həmçinin mən ərazilərimiz işğal altında olduqca, heç bir ili nə Azərbaycanın iqtidarı, nə müxalifəti, nə də xalqı üçün uğurlu hesab etmirəm. Ərazisi düşmən işağlı altında olan ölkənin hər hansı uğurdan danışması düzgün deyil. Uğur onda olacaq ki, bu illərin hansındasa ərazilər azad olacaq.

Bu il müxalifət cəbhəsində müəyyən addımlar atıldı. Xalqın müəyyən gözləntiləri var idi. Müxalifətin birlik modelinin yaranması Milli Şuranın timsalında özünü göstərdi və təsdiqlədi. Kifayət qədər maraqlı bir birlik modeli ortaya qoyuldu. Bu modelin vahid namizədi ilə seçkidə iştirak edildi. Həm ATƏT DTİHB-in yekun rəyi, həm Milli Şurasının nəticələri, həm də müstəqil şəkildə monitorinq aparan təşkilatların sənədləri əsasında seçkidə 20% seçki fəallığı müşahidə olunub. Bu seçicilərin isə böyük əksəriyyəti Milli Şuranın vahid namizədinə səs verib. Azad, ədalətli, şəffaf seçkilərdə Milli Şuranın namizədinin qələbəsini təsdiq etdi”.
1770 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi