Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2013

Amerikalı analitik qazinin özünü yandırmasından danışdı

“Onun heysiyyatına toxunublar və ümidlərini öldürüblər”

Karl Rader: “Vətəndaş cəmiyyəti anlamı İlham Əliyev üçün yaddır”

“Başa çatmaqda olan il neftlə zəngin ölkənin siyasi, sosial və iqtisadi vəziyyətinə təsir göstərən hadisələrlə yadda qalıb. Lakin bu ölkənin irəli və ya geri getdiyini söyləmək mümkün deyil. Oktyabrda keçirilən seçkilər siyasi vəziyyətə proqressiv dəyişikliklər gətirməyib, korrupsiya, Bakıda və regionlarda kütləvi etirazlar zamanı vətəndaşların əsas azadlıqlarının boğulması problemini həll etməyib”.
Bunu amerikalı analitik Karl Rader “Turan”a müsahibəsində Azərbaycanla bağlı 2013-cü ilin yekununu və yaxın dövrün perspektivlərini qiymətləndirərkən deyib.

Sevinc Babayevanın və Zaur Həsənovun ölümü

Ən önəmli hadisələrlə bağlı sualın cavabında Rader deyib ki, başa çatmaqda olan il iki ölüm hadisəsi ilə yadda qalıb - İstanbulda Sevinc Babayevanın müəmmalı ölümü və Zaur Həsənovun özünü yandırması.
“Sevinc Babayevanın ürək tutmasından ölməsinə inanmaq çətindir, belə ki, bu, rəsmi şəxslərin iştirakı ilə ciddi korrupsiya qalmaqalı ilə bağlıdır.
Zaur Həsənovun məsələsinə gəlincə, bu, real hüquqi mexanizmlərin olmamasının göstəricisidir. Eyni zamanda onun heysiyyatına toxunublar və ümidlərini öldürüblər”, - deyə analitik bildirib.

"Azadlıq" və "Azad Fikir"

Digər mühüm hadisələr kimi, Raderin fikrincə, dissidentlərin həbsi, “Azadlıq” qəzetinin bank hesabına həbs qoyulması, “Azad Fikir” Universitetinin qapadılması və digər belə hadisələri göstərmək olar. Amerikalı analitik bunların fonunda 45 mlrd. dollarlıq qaz layihəsinin imzalanmasını da qeyd edib.

Heydər Əliyevlə İlham Əliyevin fərqi

Karl Rader daha sonra İlham Əliyevin özgəfikirliliyə dözümsüz yanaşmasından, vətəndaş cəmiyyətinin önəmini görməməsindən danışıb: “Heydər Əliyevin dövründə özgəfikirliliyə və açıq siyasi diskussiyalara “yol verilməsi” xeyli yüksək həddə idi. Keçmiş prezident başa düşürdü ki, sonda bu, sərt nəzarət olunan rejimdən daha da inkişaf etmiş və çiçəklənən dövlətə aparır.
Heç bir şübhə yoxdur ki, indiki “qızıl orta” əvvəlkindən kəskin fərqlənir, konkret desək, İlham Əliyevin xətti Heydər Əliyevin dövründən çox aşağıdır. Yəni, onun özgəfikirliliyə dözümü olduqca aşağıdır.
Bəziləri düşünürlər ki, “Binə” bazarında etiraz aksiyası, İsmayıllıda qiyam real islahatlara gətirib çıxarmalıdır. Lakin hakimiyyətin atdığı addımlar səthi xarakter daşıyır və yalançı demokratiyanın saxlanmasına xidmət edir. Böhrana səbəb olan ciddi problemlər aradan qaldırılmayıb.
Prezident daxili strukturu və vətəndaş cəmiyyətinin önəmini görmür. Bu anlamlar onun üçün yaddır”.

Həbslər və neft-qaz maraqları

“Anar Məmmədlinin həbsi Qərbdə hansı rezonans doğurub” sualının cavabında Rader deyib ki, bunun Azərbaycanla Qərbin münasibətlərinə təsir göstərəcəyinə inanmır. Onun fikrincə, neft-qaz maraqları, həmçinin təhlükəsizlik və Əfqanıstan məsələsində Azərbaycanla əməkdaşlıq Bakının manevr etməsinə imkan verir.

Milli Şura və müxalifətin problemi

Amerikalı analitik Azərbaycan müxalifətilə bağlı da fikirlərini bildirib. “Müxalifətin problemi azsaylı olmasıdır. Azərbaycan cəmiyyətinin bu təbəqəsi təhsilli və qərbə meylli gənclərdən, müxalifət üzvlərindən ibarətdir. İctimai rəyi səfərbər etmək üçün onların sayı azdır. 2013-cü ilin ibrət dərslərindən biri odur ki, müxalifət sadə azərbaycanlıları inandıra bilmədi ki, müxalifətin mübarizəsi onların mübarizəsidir”. – deyə o qeyd edib.
Rader Milli Şura daxilində müxalif qüvvələrin əməkdaşlığı məsələsinə də toxunub: “Təəssüf ki, Rüstəm İbrahimbəyovun səyləri lazımınca qiymətləndirilmədi, Cəmil Həsənlinin fəaliyyəti kifayət qədər dəstəklənmədi”.
1524 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 08:19