Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2013

Bu il 70 jurnalist hadisələri işıqlandırarkən həlak olub

Bu ildə dünyanın müxtəlif nöqtələrində hadisələri işıqlandıran ən azı 70 jurnalist dünyasını dəyişib.

SalamNews-un "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bu barədə Jurnalistlərin Müdafiəsi Komitəsinin Beynəlxalq qeyri-hökumət təşkilatının bəyanatında deyilir.

Bildirilib ki, Suriya münaqişəsinin işıqlandırılması zamanı 29, İraqda 10 jurnalist həlak olub. Misirdə dünyasını dəyişən 6 müxbirdən 3-ü bu ilin avqustunda Misir polisi və nümayişçilər arasındakı toqquşmanın qurbanı olub.

Digər jurnalistlər Braziliya, Kolumbiya, Hindistan, Banqladeş, Pakistan, Rusiya və Filippində korrupsiya qalmaqallarını və digər çətin problemləri işıqlandırarkən öldürülüblər.

Təşkilat əməkdaşlarının məlumatına əsasən, Meksikada 10 il ərzində jurnalistlər arasında qətl hadisəsi qeydə alınmayıb.

Xatırladaq ki, Nyu-Yorkda yerləşən Jurnalistlərin Müdafiəsi Komitəsi 1992-ci ildən etibarən jurnalistlərin qətli bardə məlumat toplamaqla məşğuldur.
1444 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 12:34
Ərbəin yürüşü g