Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2013

Volqoqradda partlayışı rus vəhhabisi törədib

Artıq onun atası qan analizi vermək üçün ekspertizaya çağırılıb.

Rusiya Federasiyası Volqoqrad şəhərinin dəmir yolu vağzalında törədilmiş partlayışı, ilkin məlumatlara görə, Dağıstandakı silahlı qruplaşmalardan birinin üzvü, Mari El Respublikasının Voljsk şəhərindən olan Pavel Peçenkin həyata keçirib.

İnterfax-ın məlumatına görə, Peçenkin Dağıstan yaraqlılarına 2012-ci ilin yazında qoşulub.

O əvvəllər təcili tibbi yardım stansiyasında feldşer işləyib. Sonradan İslam dinini qəbul edib və adını dəyişərək Ənsar ər-Rusi olub.

Modern.az bildirir ki, terror aktını Pavel Peçenkin törədib. Peçenkin Mari Respublikasının sakindir. Artıq onun atası qan analizi vermək üçün ekspertizaya çağrılıb. KİV-ə açıqlamasında atası bildirib ki, Pavel bu ilin martından evdən gedib və ondan heç bir xəbər yoxdur.

Mart ayından etibarən Pavel Peçenkin Buynaksk quldur dəstəsinin üzvü kimi qeydə alınıb. Bu dəstəyə vəhhabiliyi qəbul etmiş 25 yaşlı rus Aleksey Paşinsev rəhbərlik edir. Onun adı nüfuzlu din xadimi Səid Əfəndiyə, xüsusi xidmət əməkdaşlarına qarşı sui-qəsddə hallanır.

Qeyd edək ki, dekabrın 29-da Volqoqradda dəmir yolu vağzalında, bu gün isə trolleybusda terror aktları törədilib. Vağzalda törədilən partlayışda 17 nəfər həlak olub, 50-dən çox adam yaralanıb. Trolleybusda törədilən partlayışda isə 14 nəfər ölüb, 28 nəfər yaralanıb.
1443 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:57