Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Dekabr 2013

İşğalçı İsrail 26 fələstinli məhbusu azad edib

İşğalçı İsrail hakimiyyəti 26 fələstinli məhbusu azadlığa buraxıb. Apa-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Fələstinin VAFA informasiya agentliyi məlumat yayıb.

Bundan əvvəl bildirilmişdi ki, azadlığa çıxacaq fələstinlilərin hamısı işğalçı İsrail həbsxanalarında 18-28 il cəza çəkib. Hökumət komissiyası fələstinli məhbusların üçüncü qrupunun azadlığa buraxılmasına dair qərarı dekabrın 28-i gecə saatlarında təsdiqləyib.

Qeyd edək ki, İsrail tərəfi 4 mərhələdə, ümumilikdə, 104 fələstinlini azad edəcəyini bəyan etmişdi.

Xatırladaq ki, 26 fələstinlidən ibarət məhbusların birinci qrupu avqustun ortalarında, ikinci qrupu isə oktyabrın sonlarında zadlığa buraxılıb.
1444 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 16:52