Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Dekabr 2013

“Türkiyəyə korrupsiya qalmaqalından 100 mlrd. dollar ziyan dəyib”

Bülənt Arınç: “Türkiyəyə korrupsiya qalmaqalından 100 mlrd. dollar ziyan dəyib”

Türkiyə iqtisadiyyatına korrupsiya qalmaqalından 100 mlrd. dollar ziyan dəyib.

Apa-nın məlumatına görə, bu barədə bu gün mətbuat konfransında Türkiyənin baş nazirinin müavini Bülənt Arınç bəyan edib.

“Mən deyə bilərəm ki, Türkiyədə son hadisələri qızışdıran şəxslər hökumətə tələ qururlar və bu səbəbdən müəyyən itkilər var. Mən 100 mlrd. dolları ötüb keçmiş ziyanı nəzərdə tuturam”, deyə o bildirib.

Arınç qeyd edib ki, yaxın zamanda hökumət üzvləri bu məsələ ilə bağlı açıqlamalar verəcək: “Gəlin sabahdan iqtisadiyyat və maliyyə sahələrinə cavabdeh olan nazirlərin çıxışlarına nəzər salaq”, deyə o əlavə edib.
1373 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:26