Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Dekabr 2013

31 dekabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Dekabrın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə duman olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi axşam arabir güclənən şimal küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 2-5, gündüz 5-10, axşam 2 dərəcəyədək isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Dekabrın 31-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 1-6 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.
Naxçıvan MR-da havanın temperaturu gecə 13-18, bəzi yerlərdə 20 dərəcəyədək şaxta, gündüz 8-13 dərəcə şaxta təşkil edəcək.
1789 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP