Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Dekabr 2013

Quba sakininin 43 sot torpağı məmurlar tərəfindən mənimsənilib

İ.Əliyevə müraciət edən Qətibə Xəlilova kömək istəyir
Sumqayıt sakini Qətibə Xəlilova məmur özbaşınalığından şikayətçidir. O, redaksiyamıza göndərdiyi şikayət məktubunda bildirir ki, Quba rayonunda anasına məxsus torpaq sahəsi məmurlar tərəfindən mənimsənilib. Məsələdə səhiyyə nazirinin müavini Elsevər Ağayevin qardaşı Elçin Ağayevin adı hallanır. Q.Xəlilovanın sözlərinə görə, sözügedən torpaq sahəsi məhz E.Ağayev tərəfindən ələ keçirilib. O, bununla bağlı dövlət başçısı İlham Əliyevə müraciət edərək köməklik istəyir.

Vətəndaşın sözlərinə görə, mərhum anası Mədətova Mühübbət Şahvəddin qızının Quba rayonu, 2-ci Nügədi kəndində 0,43 ha mülkiyyətində olmuş torpaq sahəsinin qanunsuz zəbt olunması ilə bağlı 2013-cü ilin sentyabr ayında Quba Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib: “Təhqiqat zamanı müəyyən olundu ki, Konstitusiyanın 13 və 29-cu maddələrini kobud şəkildə pozan səhiyyə nazirinin müavini Elsevər Ağayevin qardaşı Elçin Ağayevdir. Çox təəssüf ki, Elçin Ağayevin qanunsuz əməllərinə son qoyulmadı və haqq-ədalət öz yerini tutmadı. Notariat qaydada anamın qanuni vərəsəsi mənəm. Hazırda iş Quba RPŞ-nin istintaq bölməsinin müstəntiqi Rövşən Turabovun icraatındadır. Lakin cinayət işinin açılması barədə qərar olmadığı üçün müstəntiq mənə şifahi formada bildirib ki, hüquqlarımı bərpa etmək üçün məhkəməyə müraciət edim. Eyni zamanda istintaq mərhum anamın mülkiyyətində olmuş 0,43 ha torpaq sahəsini ilk dəfə Quba rayon sakini Salahova Svetlana Vasileyevanın qanunsuz mülkiyyətinə kim tərəfindən və nə səbəbə verildiyinə aydınlıq gətirmir.

Qeyd edim ki, mərhum anam Mədətova Mühübbət Şahvəddin qızının AR Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş 16.06.1998-ci il tarixli JN №2286, kod: 30020018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.43 ha torpaq sahəsindən ibarət olmuşdur. 22.11.2013-cü il tarixdə Quba rayon Notariat Kontorunda mərhum anamın “Qanun üzrə vərəsəlik haqqında Şəhadətnamə” tək övladı olduğum üçün mənə verilib. 22.11.2013-cü il tarixdə mərhum anamın mülkiyyətində olmuş 0,43 ha torpaq sahəsinə mülkiyyət hüququna dair “Çıxarış” almaq üçün sənədlərimi AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Quba rayon şöbəsinə sənədlərimi verdim və qeydiyyata alındı. Lakin mənə Forma 1 arayış verilməsinə baxmayaraq, xidmətin Xaçmaz rayon Ərazi İdarəsi imtina cavabı verdi. Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsinin müdiri Allahverdi Xudaverdiyev 03.10.2013-cü il tarixli cavab məktubunda mərhum anamın mülkiyyətində olan 0,43 ha torpaq sahəsinin mübahisəyə səbəb olmadığını və həmin sənədlərin qanuni qüvvədə olduğunu qeyd edib. Hazırda mərhum anamın Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən mülkiyyətində olmuş torpaq sahəsinin qanunsuz mülkiyyətçisi Ağayev Elçin Məmməd oğludur".
Vətəndaş dövlət başçısından ona köməklik göstərməsini xahiş edir: “Xahiş edirəm, konstitusion və mülkiyyət hüquqlarımı bərpa etmək üçün mərhum anamın mülkiyyətində olmuş torpaq sahəsini qanunsuz zəbt etmiş hüquqi əsas olmadan sənədləri ilk dəfə saxtalaşdırmış Salahova Svetlana Vasiliyevanın mülkiyyətinə nə səbəb verildiyindən aydınlıq gətirilməsində, Ağayev Elçin Məmməd oğlunun qanunsuz hərəkətlərinə son qoyulmasında və cinayət işinin açılmasında mənə köməklik edəsiniz”.
1443 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 00