Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Dekabr 2013

İlahiyyatçı Hacı Tale Bağırova qarşı yeni ittiham

Hicab məhbusu Hacı Tale Bağırova qarşı yeni ittiham irəli sürülüb

İslamazeri.az-ın verdiyi xəbərə görə, Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında cəza çəkən 1984-cü il təvəllüdlü, Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Taleh Kamil oğlu Bağırovun saxlandığı kameraya və üzərinə baxış keçirilən zaman çarpayının baş tərəfində hazırlanmış gizli saxlanc yerindən daxilində “Cin” danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı və 1 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Xatırladaq ki, Cinayət Məcəlləsinə əlavələr zamanı mobil telefon da, həbsxanada istifadəsi qadağan olunmuş əşyalar siyahısına salınmış və bu iş bir cinayət əməli hesab edilmişdir. Həmçinin məhbusun üzərində tapıldığı halda ona əlavə 6 ay iş kəsilir.

Ruhaninin vəkillərilə bununla əlaqədar əlaqə saxlaya bilmədik.

Lakin bu açıqlama ilə Tale Bağırova qarşı yeni ittihamların planlaşdırıldığını deyə bilərik.

P.S. Açıqlamadan göründüyü kimi, mobil telefon Tale Bağırovun üzərindən deyil, kamerada hansısa "saxlanc"dan tapılıb. Odurki, ruhaninin Təcridxananın Tibbi Hissəsinə aparıldığı zaman bu saxlancın yaradılması və ruhaniyə qarşı təxribatın yaradılması qeyri-mümkün hal deyildir. Yaxşı olardıki, PX təcridxanaya girişdə rentqen aparatı ilə yoxlanıldığı halda telefonun kameraya necə keçirlməsi haqda da açıqlama versin.
1731 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...