Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Dekabr 2013

Heyva öskürəyin və ağciyərlərin dərmanı hesab olunur

Heyva öskürəyin və ağciyərlərin dərmanı hesab olunur Heyva məhsulları hələ qədim zamanlardan müalicəvi vasitə kimi istifadə olunur. Heyva meyvəsi həmçinin məhsuldarlıq və ər-arvadlıq simvoludur.
Bir çox ölkələrin xalq təbibləri heyva məhsullarını və onun həlimini qida yolunun fəaliyyətinin yaxşılaşdırılması üçün mədə bağırsaq xəstəliklərinin müalicəsi zamanı istifadə ediblər. Heyva şirələri ürək döyünməsi, nasazlıq, qan azlığı və sarılıq zamanı xeyrli təsir göstərir. Heyva mədə və bağırsaqları gücləndirir. İshalı kəsməkdə təsirlidir, lakin çox istifadə olunduqda qəbizliyə səbəb ola bilir. Qaraciyərdə olan aktivsizliyi aradan qaldırır. Qanı təmizləməyə kömək edir. Bronxit və vərəm kimi ağciyər xəstəliklərinə və öskürəyə qarşı faydalıdır. İnkişaf etməkdə olan uşaqlar üçün sümük inkişafı baxımından da xeyirlidir. Heyva meyvələrində bir çox faydalı və müalicə əhəmiyyətli maddələr vardır: onlardan 4-5 %-ə qədər şəkər, 2 %-ə qədər üzvi turşular (alma, limon turşuları), karotin və C vitaminləri, aşı maddələri, efir yağı, dəmir duzları və s. göstərmək olar. Heyva toxumlarında isə 14 – 18 % selikli maddələr, 16 – 20 % piyli yağ, 1- 2 % qətran və çoxlu miqdarda zülal vardır. Xalq təbabətində heyvanın yarpaqlarını qurudub, çay kimi dəmləyərək, ürək ağrısında sakitləşdirici dərman kimi də içirlər. Meyvəsinin mürəbbəsi ürək zəifliyində qüvvətverici və həzm prosesini yaxşılaşdırıcı xüsusiyyətə malikdir. Respublikamızın bir sıra rayonlarında heyvadan müalicə məqsədi ilə geniş istifadə olunur. Məsələn, heyva ağacının qol-budaqlarının qabıqlarını soyulub qurudur, sonra ondan çay hazırlayıb, soyuqdəymələrdə içirlər. Toxumlarından ilıq suda dəmləyib, bəlğəmgətirici və sinəyumşaldıcı dərman kimi də qəbul edirlər.
Yuxarıda göstərilənlərdən aydın olduğu kimi, heyva son dərəcə qiymətli və faydalı bitkidir.
1620 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı