Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Dekabr 2013

Gülənin yerinə keçəcək adam Ərdoğanın yanındadır

Hərəkatın içində bir nəfər var ki, Gülənin ətrafını araşdırdığı zaman, bir ucunun MOSSAD və FTB-yə çıxdığını görərək hökumətin tərəfinə keçib.

“Axar.az” xəbər verir ki, iddianın sahibi “Yeni Akit” qəzetinin köşə yazarı Əbdurrəhman Dilipakdır. İddiasına görə, dini təriqətin oyununu başqa bir dini təriqət ifşa edib:

Gülənin yerinə keçəcəkdi

“Gülən Hərəkatının bu qəfil hücumunun əslində bir çox səbəbi var... Tamamilə çox pis vaxtda oldu. Ancaq çox çətin vəziyyətdəydilər...

Çünki Gülənin yerinə gələcək olan şəxslərdən biri təriqətin içindəki siyasi baxışlarını gizli saxlayanları izləməyə başladı. İpin ucunun MOSSAD və FTB-yə qədər getdiyini və oynanılan oyunun fərqinə vardığı zaman vəzifədən uzaqlaşdırıldı. O da bu işi araşdırdı. Axırda əldə etdiyi məlumatlarla Baş nazirə müraciət etdi”.
1552 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber