Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Dekabr 2013

Ərdoğan təklənir, bir deputat da AKP-dən getdi

Türkiyədə daha bir millət vəkili hakim Ədalət və İnkişaf Partiyasından (AKP) istefa verib.

Virtualaz.org saytı Türkiyə mənbələrinə istinadən xəbər verir ki, bu gün AKP Burdur millət vəkili Hasan Hami Yıldırım partiyasından istefa verdiyini elan edib. Bununla da AKP-nin parlamentdəki yerlərinin sayı 320-yə enib, müstəqil millət vəkillərinin sayı 12-yə qalxıb.

H.H.Yıldırım istefasının səbəblərini açıqlamayıb, lakin bu addımın baş nazir Ərdoğanla vaxtilə onun hakimiyyətə gətirmiş Fətullah Gülən arasında qarşıdurma ilə bağlı olduğu təxmin edilir.

Bundan əvvəl H.H.Yıldırım aralarında baş nazirin oğlu Bilal Ərdoğan da olmaqla bir qrup şəxsə qarşı korrupsiya ittihamı ilə aparılan cinayət işi dosyesinin İstanbul cümhuriyyət prokuroru Muammer Akkaşın əlindən alınmasına etiraz etmişdi.

Gözlənilir ki, AKP-dən istefalar davam edəcək. Hətta istefalar nəticəsində AKP-nin parlamentdə azlıqda qalacağı və bununla da hökumətin istefaya gedəcəyi də istisna deyil. AKP millət vəkilləri arasında Fətullah Gülənə bağlı xeyli millət vəkili yer alır.
1584 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP