Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Dekabr 2013

Keçmiş nazir Ərdoğanı ifşa edir

Ertoğrul Günay: “Hamısını o elədi...”

AKP-dən qalmaqalla istefa verən keçmiş mədəniyyət və turizm naziri Ertoğrul Günay baş nazir Rəcəb Tayyib Ərdoğanı kəskin tənqid edən açıqlamalar verib. O deyib ki, İstanbulda həyata keçirilən bütün tikinti layihələrinə şəxsən baş nazir nəzarət edirdi.

Virtualaz.org saytının xəbərinə görə, “Taraf” qəzetinə müsahibəsində keçmiş nazir Ərdoğanla aralarında ilk münaqişənin 2011-ci ildə Qarsda erməni-türk dostluğu abidəsinə görə yaşandığını deyib. Ertoğrul Günay bildirib ki, o vaxt mədəniyyət naziri olaraq baş nazirin heykələ “eybəcər” deməsinə etiraz etmişdi.

“Ayrı-ayrı vaxtlarda aramızda yüksək səslə mübahisələr yaşandı. Bu mübahisələr İstanbulu, memarlığı, sənəti qorumaq üstündə yaranırdı” - deyə keçmiş nazir bildirib.

Ertoğrul Günay deyib ki, Ərdoğan İstanbulda aparılan bütün tikinti işlərinə şəxsən nəzarət edirdi və onun icazəsi olmadan heç bir tikinti aparıla bilməzdi. Keçmiş nazir 2012-ci ilin dekabrında İstanbuldakı Gəzi parkının ərazisində jandarma kazarması inşa edilməsinə etiraz etdiyi üçün baş nazirlə aralarında kəskin mübahisənin düşdüyünü bildirib.

E.Günay deyib ki, Gəzi parkında ağacların kəsilərək yerində inşaat işlərinin aparılması planlarına görə başlayan etirazlar da haqlı idi və bu etirazlara səbəb Ərdoğanın “kefləri istəyən qədər bağırsınlar, istədiyimizi edəcəyik” sözləri olmuşdu.

“Əslində Ərdoğan İstanbul bələdiyyə başqanlığından heç vaxt getməyib, bələdiyyə başqanı onun əmrində çalışır. Baş nazir bütün ölkə boyu iri inşaat layihələrini yaxından izləyir. Ətraf mühit və şəhərsalma nazirinin səlahiyyətləri formaldır, çünki bütün tikintilər Ərdoğanla razılaşdırılır” - deyə keçmiş nazir bildirib.
1648 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber