Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Dekabr 2013

Bolqarıstanda məscidə həqarət olub

Bolqarıstanda türklərin sıx olaraq yaşadığı Şumnu şəhərindəki Şərif Xəlil Paşa Məscidinin bayır divarına qırmızı boyayla "Sizə ölüm" yazılıb, - "DunyaBulteni".
Bolqarıstan Baş Müftiliyi idarəsindən verilən məlumatda, yazının şəxsiyyəti naməlum şəxs və ya şəxslər tərəfindən dünən gecə saatlarında yazıldığı bildirilib. "Cəmiyyətdəki vandalizm ünsürləri dəfələrlə Bolqarıstandakı müsəlmanların ibadət və dini məkanlarını təhqir edir. Bu cür hərəkətlər ölkə əhalisi arasında ixtilaf çıxarma səylərinin tərkibidir", - deyə Baş Müftilikdən bildirilib.
Eyni zamanda hadisə ilə əlaqədar dövlət qurumlarına müraciət edildiyi bildirilib və ən qısa müddətdə məscidə və müsəlmanlara qarşı təhqir edənlərin tapılıb cəzalanadırılması istənilib.
Şumnu Əyalət Müftiliyi isə bölgədəki müsəlmanlara sakit olmağı və heç bir təxribata getməməklə bağlı müraciət edib.
Xatırladaq ki, bir həftə qabaq Varna şəhərində olan "Ey adəm övladı Məscidi" şəxsiyyəti məlum olmayan şəxslər tərəfindən yandırılmışdı. Yanğın nəticəsində "Ey adəm övladı Məscidi" böyük ziyan çəkmişdi./deyerler/
1571 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 15:49
Suriyada