Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Dekabr 2013

“Məmurların çoxu müharibənin nə olduğunu bilmir”

Üzeyir Cəfərov: “Buna görə də əlillərin əzablarına biganədirlər”

“Məmurların çoxu müharibənin nə olduğunu bilmir”. Bu sözləri Moderator.az-a açıqlamasında “Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, polkovnik Üzeyir Cəfərov bildirib. Ekspertin qənaətincə, məhz bu səbəbdən məmurların böyük bir qismi müharibə iştirakçılarının probleminə biganədir: “Azərbaycan hakimiyyətində təmsil olunan insanların tam əksəriyyəti müharibənin nə olduğunu ümumiyyətlə bilmir. Onların çoxu, o cümlədən Əli Həsənov, Səttar Mehbalıyev və digərləri bundan xəbərsizdir. Onlar “nə yoğurdum nə yapdım, hazırca kökə tapdım” prinsipi ilə fironluq edirlər. Bu gün Azərbnaycan məmurlarının qudurğanlığının həddi-hüdudu yoxdur. Onlar müharibə əlillərinin nə əzablar, nə əziyyətlər çəkdiklərini bilmirlər. Qoy bircə dəfə zəhmət çəkib əlillərin yaşayış şəraiti ilə tanış olsunlar və bundan sonra onların yaşamını öz həyatları ilə müqayisə eləsinlər. Bəlkə yalnız o zaman müharibə əlillərinin nələr çəkdiyini anlayarlar”.
2043 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP