Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Dekabr 2013

Həbsdəki gənclər aclığa başlayıb

29 dekabrda keçirilən “Qaziləri yandırma” aksiyasına görə həbs cəzası alan gənclərdən bir neçəsi aclıq aksiyasına başlayıb. Bu barədə “müsavat.com”a 18 sutka həbs cəzası alan müstəqil gənc fəal Orxan Eyyubzadənin anası məlumat verib. Onun dediyinə görə, oğlu, Müsavat fəalı Tural Sadıqlı (17 sutka) və AXCP Gənclər Komitəsinin üzvü Türkel Əlisoy (Azərtürk) Səbayel rayon məhkəməsi tərəfindən həbs qərarı elan olunan saatdan etiraz olaraq aclıq aksiyasına başlayıblar. Onlar saxlandıqları Binəqədi rayonundakı Müvəqqəti Saxlama Təcridxanasında aclıq aksiyası keçirirlər.
Orxan Eyyubzadənin anası deyib ki, gəncləri təcridxanada kombi qızdırıcılarına qandallayıblar. Orxanın otağındakı qızdırıcını isə söndürüblər. O, qeyd edib ki, dekabrın 31-də təcridxanada oğlu ilə görüşüb: "Orxanın qolunda və ayaqlarında işgəncə izləri vardı. Yeriməyə çətinlik çəkirdi. Təcridxananın rəisi dedi ki, oğlun dəlidir, onun etdikləri dəlilikdir, get ona dəlilik kağızı gətir, bizim əmrlərimizə tabe olmur, ona görə də cəzalandırırq... Orxanı ayırıb, tək saxlayırlar".
İş günü olmadığından deyilənlərə müvafiq qurumun münasibətini öyrənmək mümkün olmayıb./azadıq/
1680 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP