Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Dekabr 2013

Qaxda meşə yanır

Bu gün axşam saatlarından başlayaraq Qax rayonunda yerləşən Ulubaş dağının meşə massivi yanmağa başlayıb. Ans-in verdiyi məlumata görə, yanğının tüstüsü rayonun demək olar ki, bütün ərazisindən görsənir. Rayon sakini Saleh Şirinovun sözlərinə görə, yanğını söndürmək üçün şəxsi avtomobili olanlar o səmtə yola çıxırlar. Qax rayon polis şöbəsinin baş leytenantı Nemət Rəşidov isə deyib ki, yanğın otlaq sahədə qeydə alınıb. Hazırda yanğınsöndürənlər yanğını söndürmək üçün ora yollanıblar. Qeyd edək ki, bu gün günorta saatlarında Yevlax rayonunun Xanabad kəndində yaşayış evində də yanğın hadisəsi baş verib.Yanğın FHN-nin əməkdaşları tərəfindən söndürülüb.
1503 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber