Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Yanvar 2014

Bakıda vanna otağından kişi meyiti tapılıb

Bakının Sabunçu rayonunda vanna otağından kişi meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi məlumata görə, nazirliyin qaynar xəttinə bir nəfərin vanna otağında qapının kilidlənməsi nəticəsində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal xilasedicilər hadisə yerinə cəlb olunublar.

Vanna otağına baxış keçirilərkən Samir Abdulla oğlu İbrahimov hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində S.İbrahimovun vəfat etdiyi müəyyən olunub.
1551 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı