Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Oktyabr 2013

Göygöldə kütləvi dava; ölən var

Göygöl rayonunda otlaq üstündə dava düşüb.

Göygöl rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, dava Göygöl rayonu ilə Şəmkir rayonu arasında heyvanların otarılması üçün nəzərdə tutulan yer üstündə baş verib. Polisdən bildiriblər ki, 4 nəfər Göygöl rayon sakini ilə 5 nəfər Şəmkir rayon sakini arasında yaranan davada bir neçə nəfər müxtəlif bədən xəsarətləri alaraq Göygöl rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Rayonun Mollacəlilli kənd sakini, 37 yaşlı Xəyyam Cəfərov ağır kəllə-beyin travması aldığına görə xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.
1707 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP