Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Yanvar 2014

97 sutka həbs, 5350 manat cərimə

Qarabağ döyüşçüsü Zaur Həsənovun ölümü ilə əlaqədar dekabrın 29-da Bakının Fəvvarələr meydanında keçirilən aksiyada iştirak etdiyinə görə saxlanan gənclərdən 6 nəfərinə inzibati həbs cəzası verilib, 16 nəfəri isə cərimələnib.

Qərarların hamısı Səbail Rayon Məhkəməsində çıxarılıb.

"Media forum" saytı xəbər verir ki, 29 dekabr aksiyasına görə məhkəmə üst-üstə 97 sutka həbs, 5350 manatlıq cərimə müəyyənləşdirib.

Bitərəf Samir Poladovu aksiya günü məhkəmə 15 sutkalığa həbs edib.

Digər həbs qərarları dekabrın 30-da verilib.

Bitərəf Orxan Eyyubzadə 18 sutka, Müsavat Partiyasının üzvləri Tural Sadıxlı 17 sutka, Cavid Hacıbəyli 16 sutka, AXCP üzvləri Orxan Carçı 16 sutka, Türkel Əlisoy 15 sutka həbs cəzası alıb.

AXCP üzvləri Kəmalə Bənənyarlı 500 manat, Bəyim Həsənli 400 manat, Toğrul İbrahim, Sabir Məmmədov, Natiq Rüstəmli, Qərib Musayev, Bəxtiyar Hüseynov, Çilənay Seyidi, Kamilla Əhmədova, Mahirə Hüseynova 300 manat; Müsavat Partiyasının üzvləri Xəyyam Məmməd və Ələkbər Rzayev 300 manat; Qarabağ döyüşçüləri Cavanşir Osmanlı 350 manat, İldırım Təhməzov 300 manat; bitərəflər Novruz Novruzov 300 manat, Məcid Vahid 500 manat məbləğində cərimələniblər.
1590 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP