Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Yanvar 2014

Ərdoğan azərbaycanlı jurnalisti məhkəməyə verdi

Türkiyə baş naziri Rəcəb Tayyip Erdoğan Fətullah Gülən camaatının ingilis dilli mətbu orqanı Todays Zaman-ın azərbaycanlı yazarını məhkəməyə verdi.

İstiqamet.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə baş nazir Ərdoğanın vəkilləri Ali Özkaya, Burhanettin Sevencan və Muammer Cemaloğlunun Ankara Prokurorluğuna verdiyi ərizədə Todays Zaman qəzetinin azərbaycanlı yazarı Mahir Zeynalovun tvitterdəki şəxsi hesabından xalqı nifrət və düşmanlığa təhrik etmə məqsədi ilə ağır təhqir və söyüşlərlərə yol verdiyi, Ərdoğanın şəxsiyyətinə və hüquqlarına qarşı hücumlar edildiyi bildirildi.
Mahir Zeynalovun tvitterdə 78826 təqibçisinə Ərdoğan haqqında yalan, provokasiya xarakterli, şəraf və layəqəti alçaldan, tənqid və söz hüquqlarının sərhədlərini aşan tvitlər atdığı qeyd olunan ərizədə təhqirin dövlət adamına sosial şəbəkə vasitəsi ilə edildiyi bildirilir.
Qeyd edək ki, Türkiyədə Fətullah Gülən camaatı ilə Ərdoğan arasında qarşıdurmanın başlanmasından sonra Gülən camaatına bağlı qəzetlərdən Ərdoğan əleyhinə yayımlar daha kəskin xarakter almağa başlayıb.
Ən son həmyerilimiz Mahir Zeynalov Ərdoğan hökümətinə qarşı başladılan ikinci “rüşvət və korrupsiya” əməliyyatı əsnasında tvitterdəki hesabından provokasiya xarakterli “Prokurorlar Əl Qaidəcilərin tutulması üçün qərar çıxartdı amma Ərdoğanın polisləri qərara uymur” yazaraq Türkiyədə böyük səs-küyə səbəb olmuşdu.
1564 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi