Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Yanvar 2014

Bakı yaxınlığında dəhşətli qəza: 4 ölü

Məlumata görə, hadisəni törədən sürücü sərxoş olub və avtomobili 160-180 km/saat sürətlə idarət edib

Yol Qaradağ rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

Milli.Az-ın əldə etdiyi məlumata görə, VAZ-2105 avtomoboli Dövlət Yol Polisinin postuna yüksək sürətlə daxil olub. Qəzada 4 nəfər həlak olub.

İlkin məlumata görə, hadisəni törədən sürücü avtomobili 160-180 km/saat sürətlə idarət edib.

Dövlət Yol Polisinin əməkdaşı 3 nəfər olan maşını saxlamağa çalışsa da, avtomobili idarə edən sürücü göstərişə məhəl qoymayıb, sürəti daha da artırıb.

DYP əməkdaşları postda avtomobilin qarşısını kəsmək istəyəndə VAZ-2105 yüksək sürətlə posta girib.

Zərbə nəticəsində maşın ikiyə bölünüb. Qəzada avtomobildəki 3 sərnişin, habelə Ümid qəsəbəsinin sakini həlak olublar.
1828 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.11.17, 11:58
İMAM RZA (Ə)