Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Yanvar 2014

AİP Şəhidlər Xiyabanını ziyarət edib

AİP Peyğəmbərin(s) və İmam Həsənin(ə) şəhadət günü münasibətilə Şəhidlər Xiyabanını ziyarət edib

Azərbaycan İslam Partiyası əziz İslam Peyğəmbərinin (s) və İmam Həsənin (ə) şəhadət günü münasibətilə Şəhidlər Xiyabanını ziyarət edib.
İslaminsesi.az-ın verdiyi xəbərə görə, partiya rəhbərliyi yüzlərlə fəalları ilə birgə xiyabanda yatan şəhidləri dərin ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzüb.
Daha sonra inanclı insanlar “Əbədi məşəl” abidəsinin önünə toplaşaraq şəhidlərin ruhuna Quran oxuyublar.
AİP sədr əvəzi Hacı Elçin Manafov çıxış edərək başda İmam Zaman (ə.f) həzrətlərinə və bütün müsəlman dünyasına baş sağlığı verib, Allahdan hər kəsə Məsumlarımızın (ə) həyat yolunu səbrlə davam etdirməyi və Azərbaycanın işğal altında olan torpaqlarının tezliklə azad olunmasını arzulayıb.
Sonda dəyərli alimlərin çıxışları olub, məddahların ifasında mərsiyələr oxunub.

Click to enlarge image SAM_7484.JPGClick to enlarge image 01.JPGClick to enlarge image 01.JPGClick to enlarge image 01.JPG
1729 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber