Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Noyabr 2012

Milli Kitabxananın 90 illiyi

Sentyabrın 25-də Opera və Balet Teatrında Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyi ilə bağlı mərasim keçirilib. Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkə başçısı İlham Əliyevin kitabxana işçilərinin “Tərəqqi” medalı və “Əməkdar mədəniyyət işçisi” fəxri adı ilə təltif olunması haqqında sərəncamlarını oxuyub. Əbülfəs Qarayev Milli Kitabxananın müasir Azərbaycanın mədəni və elmi həyatında mühüm yeri olduğunu vurğulayıb.
Son illər ərzində Milli Kitabxananın təcrübəsində virtual oxucu termini daxil olub. 2006-cı ildən etibarən onun elektron kitabxanası oxucuların ixtiyarına verilib. Hazırda Azərbaycan Milli Kitabxanasının 60-dan çox xarici kitabxana ilə əlaqələri var. Kitabxana bir gündə 1500 oxucuya xidmət edir”.

525
1137 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber