Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Oktyabr 2013

Rusiyalı ekspertdən müharibə proqnozu

Arif Yunus: «Burda çox şey regionda və dünyada aparıcı rol oynayan dövlətlərdən asılıdır»

Rusiyalı politoloq, Rusiya Hərbi Politoloqlar Assosiasiyasının eksperti, Plexanov adına Rusiya Iqtisadi Universitetinin politoloğiya və sosiologiya kafedrasının dosenti Aleksandr Perenciyev Dağlıq Qarabağ müharibəsinin alovlanması ehtimalından danışıb.

Ekspert müharibənin dəqiq tarixini də açıqlayaraq hərbi əməliyyatların gələn ilin fevral ayında, Soçi olimpiadası zamanı başlayacağını deyib. Ekspert hesab edir ki, bu, Azərbaycan cəmiyyəti və siyasi elitasında problemin həllinin uzanmasından yana artan gərginliklə bağlıdır. Ikincisi, dünya iqtisadiyyatı tədricən durğunluğa doğru gedir və bu, ciddi şəkildə artıq Rusiyanın, Cənubi Qafqaz ölkələri də daxil, bütün postsovet dövlətlərinin iqtisadiyyatında özünü göstərməkdədir. Ekspert müharibəni gələn ilin qışında zəruri edən üçüncü amil kimi “Azərbaycan ordusunun erməni ordusu ilə müqayisədə qış hərbi kampaniya zamanı özünü daha inamlı hiss eləməsi ilə” əsaslandırıb. Dördüncü səbəb kimi isə ekspert həmin dövrdə Rusiyanın bütün diqqəti Soçi olimpiadasına yönəldəcəyini göstərir. Bu isə Rusiya silahlı qüvvələrinə Ermənistan-Azərbaycan hərbi konfliktinə operativ müdaxiləsini əngəlləyə bilər.

Rusiyalı ekspertin açıqlaması birmənalı qarşılanmayıb. Konfliktoloq Arif Yunus bunu qeyri-ciddi fikir adlandırdı. Ən azı ona görə ki, nə Azərbaycan, nə də Ermənistan tərəfi soyuq havada döyüşlər aparmaqda maraqlı deyil. Ümumiyyətlə, bu versiya həqiqətdən uzaqdır.

Ekspert Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində bir çox məsələnin münaqişə edən tərəflərdən asılı olmadığını qeyd etdi. Burda çox şey regionda və dünyada aparıcı rol oynayan dövlətlərdən asılıdır. Həmin dövlətlərin regionda iqtisadi maraqları var. Müharibə başlasa, hər iki dövlət sanksiyalara və təzyiqlərə məruz qala bilər.(azadlıq)
1842 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı