Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Yanvar 2014

"Qorxmursansa oğlunu göndər"

"Sən oğlunu gizlədərək bütün şübhələri onun üzərinə çəkirsən"

İslamazeri.az-ın “Radikal” qəzetinə istinadən verdiyi xəbərə görə, CHP rəsmisi Məhərrəm İncə AKP iktidarını sərt şəkildə tənqid edib.

O, adı korrupsiyada hallanan sabiq nazirlərin dərhal həbs olunmasını tələb edib.

Məhərrəm İncə bununla bağlı etdiyi açıqlamada qeyd edib ki, “Baş nazir Ərdoğana səslənirəm. Qorxmursansa, şübhən yoxdursa oğlun Bilal Ərdoğanı göndər, istintaqa ifadə versin. Sən oğlunu gizlədərək bütün şübhələri onun üzərinə çəkirsən.”

Qeyd edək ki, 17 dekabr 2013-cü il tarixində keçirilən rüşvət və korrupsiya əməliyyatında çox sayda iş adamı və 3 nazir oğlu həbs olunmuşdu. Məhkəmənin qərarı ilə nazir oğullarından 1-i sərbəst buraxılmış, digərləri isə həbsdə qalmışdı.
1586 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
0