Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Yanvar 2014

Daha bir Qarabağ qazisi ağır vəziyyətdədir

Daha bir Qarabağ qazisinin həyatı təhlükədədir. Tovuz rayonun Bozalqanlı kəndindən olan I qrup Qarabağ əlili Rzayev Yusif Ziyadxan oğlunun səhhəti çox ağır durumda olmasına baxmayaraq dövlət tərəfindən ona heç bir qayğı göstərilmir. Bu barədə Deyerler.org-a Yusif Rzayevin əmisi oğlu Bəhram Rzayev məlumat verib.
Ağdərə istiqamətində gedən döyüşlər zamanı tank partlaması nəticəsində iki gözünü itirən Qarabağ qazisi indiyə qədər dövlətin ona verdiyi evi də ala bilmir: “Yusif Rzayev Ağdərə istiqamətində gedən döyüşlər zamanı tank partlaması nəticəsində iki gözünü itirib və dünya işığından məhrum olub. Onun fiziki imkansızlığını nəzərə alaraq onun dediklərini sizlərə çatdırıram:
4-5 ildir ki, prezidentin sərəncamı ilə ona verilən evi hələ də ala bilmir.
Bütün yerli təşkilatlar onu aldadır və get-gələ salır.
8 dəfə səhhətinə görə əməliyyat olunub və boğazında qoyulmuş boru sınıb. Hazırda təcili əməliyyata ehtiyacı var.
Müraciət etdiyi ünvanlarda laqeyd münasibətə görə canına intihar etmiş qazi yoldaşı Zaur Həsənovun qatilinin və qatillərinin cəzalandırılmasını tələb edir”.
Bəhram Rzayev eyni zamanda Qarabağ qazisi Yusif Rzayevin aylar öncə çəkilmiş videosunu da redaksiyamıza təqdim edib. Bəhram Rzayev bildirib ki, hazırda əmisi oğlunun vəziyyəti çox ağırdır və demək olar ki, danışa bilmir.
1595 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi