Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Yanvar 2014

Hafiz Məmmədovdan 147 neftçiyə yeni İl şoku

Nəqliyyat naziri Ziya Məmmədova və onun biznes ortağı Hafiz Məmmədova məxsus olan və Xəzərdə iki offşor neft-qaz yatağını istismar edən “Bahar Energy Operating Company” (BEOC) şirkəti 147 neftçinin ixtisar edildiyini bu gün rəsmən elan edib.

Şirkətin yeni ildən 100-dən çox işçisi ilə müqaviləni uzatmaycağını bir gün əvvəl virtualaz.org saytı Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlıya istinadən xəbər vermişdi. Lakin şirkət həmin gün ixtisarla bağlı açıqlama verməmişdi.

Hüquq müdafiəçisi bildirdi ki, şirkətin birinci mədənində mühəndis-texniki işçilərlə, o cümlədən sahə rəisləri ilə əmək müqaviləsi bağlanılmayıb: “Şirkət əməkdaşları tərəfindən təşkilatımıza edilən müraciətlərdə deyilir ki, 1-ci mədəndə 100-dən çox əməkdaşa işdən çıxarılmaları ilə bağlı məlumat verilib”.

M.Qəhrəmanlı qeyd edib ki, işçilərlə 3 aylıq əmək müqaviləsi başlanmışdı: “İşçilərlə müvəqqəti əmək müqavilələri bağlanarkən ixtisarların olacağını söyləyirdik. Lakin şirkət rəhbərliyi ixtisarları gizlədirdi. Yanvardan şirkətin yüzlərlə əməkdaşı işsiz qalacaq”.

Yeni ilin ilk gündə isə şirkət bəyan edir ki, 147 əməkdaşlı əmək müqaviləsi 2014-cü ildə yenidən bağlanmayacaq.

“Bu qərar bütün amillərin diqqətlə öyrənilməsindən sonra qəbul edilib və ən müasir avadanlıqlar tətbiq edən, biznes prosesini avtomatlaşdıran BOEC-in daha effektiv şirkətə çevrilmək səyləri ilə bağlıdır” - deyə şirkətin bəyanatında bildirilir.

BOEC bildirir ki, işdən azad edilmiş əməkdaşlara kömək etmək üçün şirkətin rəhbərliyi onlara altı aylıq əmək haqqı həcmində kompensasiya təyin edib.

“BOEC şirkəti qəbul edilmiş qərarla bağlı təəsüfləndiyini bildirir” deyə bəyanatda vurğulanır.

“Bahar Energy” şirkətinin səhmlərinin 66 faizinə “Hafka” kimi tanınan iş adamı Hafiz Məmmədovun rəhbəri olduğu “Baghlan Group” nəzarət edir. Səhmlərin qalan hissəsi ABŞ-ın Texas ştatında qeydiyyatdan keçən “Greenfields Petrolium”adlı şirkətə məxsusdur. “Bahar Energy” 2009-cu ildə Xəzərdəki “Qum dəniz” və “Bahar” yataqlarının istismarına dair ARDNŞ-lə müqavilə bağlayıb. O vaxtdan dəfərlərlə şirkətin işçilərinin rəhbərlikdən narazılığı baş qaldırıb.

İndi isə H.Məmmədov 150-yə yaxın işçini ixtisara salaraq onlara Yeni İl “sürprizi” edib./deyerler/
1575 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı