Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Yanvar 2014

Qazinin intiharı ilə bağlı cinayət işi açılmayıbmış...

Aslan İsmayılov özünü yandırmış Zaur Həsənovun məhkəmə çəkişmələri ilə bağlı sənədləri yaydı.


Hüquqşünas Aslan İsmayılov öz Feysbuk səhifəsində  Zaur Həsənovun məhkəmə çəkişmələri ilə bağlı sənədləri yerləşdirib.

  Aslan İsmayılov məsələ ilə bağlı bildirib:

"Azərbaycan hakimiyyətində hamı yalan danışır, o cümlədən Ali Məhkəmə. Zaur Həsənov faciəsindən dərhal sonra Ramiz Rzayevin Ali Məhkəməsi bir neçə dəfə bu işə heç vaxt baxmadıqlarını bəyan etdi. Sizə Ali Məhkəmənin Zaur Həsənovla bağlı 12 yanvar 2011-ci il tarixli, iş No 2-1(102)-56/11 QƏRARInı təqdim edirəm."

   (Həmin 5 səhifəlik sənədi yazıya əlavə edilir.)

Əgər 125-ci maddə ilə cinayət işi açılmamışdırsa, bu artıq Zaur Həsənovu intihara vadar edən şəxslərin cinayət məsuliyyətindən yayındırılması deməkdir...

İpəkçi qəzeti (mənbə- İpekchi.biz) Zaur Həsənovun özünü yandırması ilə bağlı 125-ci, özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb-açılmaması ilə bağlı Aslan İsmayılovun Feysbuk səhifəsi vasitəsilə sorğu göndərib.

Hüquqşünas Aslan İsmayılov bildirib ki, Zaur Həsənovun özünü yandırması ilə bağlı 125-ci, özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi hələ də açılmayıb!

Vəkil izah edib ki, cinayət işinin açılmasını ailənin tələb etməsinə ehtiyac yoxdur. Cəmiyyət tələb etsə açılmalıdır. Yəni, 125-ci, özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işinin açılması, yalnız mərhumun ailəsinin tələbi ilə yox, həm də cəmiyyətin tələbi ilə baş tuta bilər.

Bugun.az

1557 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı