Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Yanvar 2014

Belçika şahzadəsini oğurlamaq istəyirlər

"Belçika hakimiyyəti ölkənin immiqrasiya siyasətində dəyişiklik etməsə, şahzadə Yelizaveta oğurlanacaq"

Dünya Belçika kralı Filipp ölkənin daxili işlər naziri Joel Milkeyə göstəriş verib ki, onun uşaqlarının təhlükəsiziliyi təmin edilsin.

Ans-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu informasiyanı Belçikanın “RTBF” telekanalı yayıb. Belçika kralını bu addımı atmağa məcbur edən səbəb isə şahzadə Yelizavetanı oğurlamaq üçün Belçikanın iki kütləvi informasiya vasitəsinə göndərilən anonim məktubdur. Məktubda qeyd edilir ki, Belçika hakimiyyəti ölkənin immiqrasiya siyasətində dəyişiklik etməsə, şahzadə Yelizaveta oğurlanacaq. Hazırda Brüssel polisi anonim məktubla bağlı istintağa başlayıb.
Xatırladaq ki, Belçikanın hazırkı başçısı, kral Filippin Yelizaveta, Emmanuel, Eleonora və Qabriel adlı 4 uşağı var. Onlardan yalnız 12 yaşlı şahzadə Yelizavetanı mühafizəçi qoruyur.
1402 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 16:38