Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Yanvar 2014

Fransa yeni ili “qanla” qarşıladı

Fransanın daxili işlər naziri Manyuel Vals: "Yeni ilin ilk gecəsi 3 nəfər ölüb, 1067 avtomobil yandırılıb"

Hadisə Yeni il Fransanın hüquq-mühafizə orqanları üçün çox çətin keçib.
Ans-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Fransanın daxili işlər naziri Manyuel Vals deyib. Onun sözlərinə görə, Yeni ilin ilk gecəsi 3 nəfər ölüb, 1067 avtomobil yandırılıb. Ölkənin şərqində yerləşən Elzas şəhərində də bir nəfər yeni ildə fişəngdən düzgün istifadə etmədiyinə görə dünyasını dəyişib. Nazir deyib ki, Parisin küçələrində 53 min polis və jandarm yeni il ərəfəsində asayişi qorumağa çalışıb. “Parisin yaxınlığındakı Trokadero bağında 20 yaşlı gənc ürəyindən aldığı bıçaq yarasından ölüb. Qarşıdurma zamanı 5 polis əməkdaşı yaralanıb. Asayişi pozanlardan da 322 nəfər yaxalanaraq polis bölmələrinə aparılıb”, - deyə nazir bildirib.
1495 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP