Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Yanvar 2014

Bu günün hava proqnozu

Yanvarın 2-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 1-4° isti, gündüz 5-8° isti, Bakıda gecə 2-4° isti, gündüz 6-8° isti, atmosfer təzyiqi normadan yüksək - 773 millimetr civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 80-90 faiz, gündüz 65-70 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə zəif qar yağacağı, duman olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 13-18° şaxta, bəzi yerlərdə 20°-dək şaxta, gündüz 7-12° şaxta təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında əsasən gecə və səhər az qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir, bəzi yerlərdə duman olacaq.
Havanın temperaturu gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcək.

Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında gündüz əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 5-10° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən gecə və səhər az qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq.
Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 7-10° şaxta, gündüz 0-4° şaxta təşkil edəcək.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman, çiskin olacaqdır. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 2-7° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcək.
1514 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:42
Suriya ordusu Hələbin