Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Yanvar 2014

Ölkədə şəkərin qiyməti qalxdı

Paytaxt mağazalarında kəllə qəndin qiymətində 50-60 qəpik artım müşahidə edilir

İnterAz-ın paytaxt mağazalarında apardığı müşahidələrə əsasən, kəllə qəndin qiymətində 50-60 qəpik artım var. Belə ki, dekabrın ortalarında 1.7 kq-ı 2.40 azn olan kəllə qənd yanvardan başlayaraq 2.95 azn-ə satılır. Artım xırda qəndin və şəkər tozunun qiymətində hiss olunmur.

Mağaza sahibləri deyir ki, bu dünya bazarında şəkərin qiymətinin qalxması ilə əlaqədardır. Onların sözlərinə görə, artıq bu ayın ortalarından şəkər tozunun qiymətində artım gözlənilir.
1760 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber