Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Yanvar 2014

Misirdə qanlı qarşıdurma: 2 ölü, 6 yaralı - Foto

Misirdə yeni ilin ilk günü qarşıdurmalarla yadda qalıb.

Apa-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, İsgəndəriyyə şəhərində sabiq prezident Məhəmməd Mursinin tərəfdarları aksiya keçiriblər.

Təhlükəsizlik qüvvələri ilə toqquşmalar nəticəsində iki tələbə həyatını itirib, 3-ü polis əməkdaşı olmaqla 6 nəfər yaralanıb. İsgəndəriyyə Polis İdarəsinin rəisi Nazir əl-Abd 14 aksiya iştirakçısının saxlanıldığını açıqlayıb.
1441 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber