Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Yanvar 2014

2014-cü ilin ilk atəşkəs pozuntusu Ağdamda qeydə alınıb

2014-cü ildə cəbhə xəttində ilk atəşkəs pozuntusu Ağdam istiqamətində qeydə alınıb.

Düşmən ilin ilk günündə gecə saatlarından başlayaraq Azərbaycan Ordusunun mövqelərini və rayonun Çıraqlı kəndini atəşə tutub.

Açılan güllələrdən bir neçəsi kənd sakini Allahverdi Cəfərovun evinə dəyib. Bir ədəd 5.45 mm kalibrli avtomat gülləsi evin pəncərəsini sındırıb. Xoşbəxtlikdən həmin otaqda olan ev sahiblərindən heç kim xəsarət almayıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında və Göygöl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən də Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar./apa/
1604 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:42