Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Yanvar 2014

Gəncədə intihar

İntihar etmək istəyən Gəncə sakini yaralandı. Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaş intihara cəhd məqsədi ilə yaşadığı binadan özünü atmaq istəyib.

Dərhal nazirliyin Gəncə Regional mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindən özünü atmaq istəyir. Aparılmış psixoloji danışıqlara baxmayaraq o özünü yerdə quraşdırılmış xilasetmə yastığının yox, 1-ci mərtəbədə yerləşən mağazanın dam örtüyünün üzərinə atıb və xəsarət alıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xəsarət almış vətəndaşı oradan endirib və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 01:20-də başa çatıb.
1462 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.02.17, 09:38
İnstaqramda yeni funksiya
22.02.17, 18:58
Əsgərimiz şəhid oldu
21.02.17, 07:08
"