Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Yanvar 2014

Amerikalıların namazla imtahanı

Amerikada 2 müsəlman gənc insanların namaza qarşı reaksiyasını yoxlamaq üçün yaşadıqları şəhərin müxtəlif yerlərində, cəmiyyət arasında namaz qılıblar. Onların bu hərəkəti insanlar tərəfindən birmənalı qarşılanmayıb.

Kimisi bu hərəkətin (namazın) nə olduğunu soruşub, kimisi bunu telefonla videoya çəkib. Namaz qılan gəncə qoşularaq bu hərəkəti təkrarlayanlar da olub, onlara sadəcə tamaşa edənlər də.

Namaza etiraz etmək istəyən bir nəfərin bu hərəkəti isə başqa biri tərəfindən etirazla qarşılanıb. "Ona (namaz qılana) hörmətlə yanaşmağa məcbursan" - deyən qadın, namaz qılan gəncin qarşısından keçən olmaması üçün əlindəki bağlamanı onun yanına qoyur.

Gənclər tərəfindən hazırlanaraq sosial şəbəkədə və video portallarında paylaşılan görüntülər "Sülh" (Peace) şüarı ilə başa çatır./ans/
1351 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:45