Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Yanvar 2014

Pakistanda şiə zəvvarlara qarşı terror

Pakistanda şiə zəvvarlarına edilən hücumda 31 nəfər ölüb və yaralanıb
İrandan Pakistana gedən şiə zəvvarlarına teror hücumu olub.

SalamNews-un İran mətbuatına istinadla verdiyi xəbərə görə, hadisə Pakistanın Bəluşistan əyalətinin Kuveytə şəhərə ərazisində həccdən dönən zəvvarlara qarşı törədilib. Zəvvarların avtobusu qarşısında kamikadze minalanmış maşın partladılıb. Nəticədə 2 nəfər ölüb, 29 nəfər yaralanıb. Yaralıların səhiyyə durumu acınacaqlı olduğundan ölənlərin sayının artması istisna edilmir. Bu hadisənin məsuliyyətini heç bir qruplaşma üzərinə götürməyib.

Ümumiyyətlə, ölkədə şiələr qarşı törədilən əvvəlki teror aktlarını adətən "Səhabə Ordusu" qruplaşması üzərinə götürür.
1539 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber