Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Yanvar 2014

Daha 147 neftçi ixtisar olunur

“Bu qərar bütün amillərin diqqətlə öyrənilməsindən sonra qəbul edilib"

“Bahar Energy Operating Company” (BEOC) şirkəti 147 neftçinin ixtisarı barədə yanvarın 1-də rəsmi məlumat yayıb. Şirkət bəyan edib ki, 147 əməkdaşla əmək müqaviləsi 2014-cü ildə yenidən bağlanmayacaq.

“Bu qərar bütün amillərin diqqətlə öyrənilməsindən sonra qəbul edilib və ən müasir avadanlıqlar tətbiq edən, biznes prosesini avtomatlaşdıran BOEC-in daha effektiv şirkətə çevrilmək səyləri ilə bağlıdır,”- bəyanatda bildirilir.

Şrkət bildirir ki, işdən azad olunan əməkdaşlara kömək üçün şirkətin rəhbərliyi onlara 6 aylıq əmək haqqı həcmində kompensasiya təyin edib.

“BOEC şirkəti qəbul edilən qərarla bağlı təəssüfləndiyini bildirir,”- bəyanatda qeyd olunur.

Qeyd edək ki, “Bahar Energy” 2009-cu ildə Xəzərdəki “Qum dəniz” və “Bahar” yataqlarının istismarına dair ARDNŞ-lə müqavilə bağlayıb.

1503 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı