Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Yanvar 2014

Qayınatasını və qayınanasını güllələyib öldürdü

Abşeron Rayon Polis Şöbəsindən apa-ya verilən məlumata görə, hadisə Novxanı bağlarında qeydə alınıb. Rayon sakini Bayram Həsənov ailə münaqişəsi zəminində qayınatası Nəzər Hüseynovu və qayınanası Rəfiqə Hüseynovanı güllələyib. Nəticədə onların hər ikisi aldıqları güllə yarasından hadisə yerindəcə keçiniblər.
Qətli törədən B.Həsənov saxlanılıb. Ondan hadisədə istifadə etdiyi 1 ədəd ov tüfəngi götürülüb. Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
1532 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:02