Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Yanvar 2014

Berlində Türkiyə diplomatlarının avtomobilləri yandırılıb

Türkiyənin Almaniyadakı səfirliyində çalışan iki diplomatın avtomobili yandırılıb.

Türkiyənin NTV telekanalının verdiyi məlumata görə, hadisə yanvarın 1-də gecə saat 23:30 radələrində baş verib.

Berlinin Henrix Hayne prospektində bir-birindən 1 km aralıda park edilmiş diplomatların avtomobillərinin üzərinə tez alışan maddə tökülüb və qəsdən yandırılıb. Məhəllə sakinləri yanan avtomobilləri görərək yanğınsöndürənlərə məlumat veriblər. Yanğın söndürülsə də, hər iki avtomobil yararsız vəziyyətə düşüb.

Türkiyənin Almaniyadakı səfirliyi Almaniya rəsmilərindən olayın araşdırılmasını və günahkarların yaxalanmasını istəyib. Eyni zamanda səfirliyin təhlükəsizliyinin qorunmasına diqqətin artırılması da tələb olunub. Almaniya polisi olayla bağlı araşdırmaya başlayıb.
1496 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP