Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Yanvar 2014

Rəsmi Tehrandan Livana təşəkkür

Tehran Beyrutdakı terror aktı səbəbkarının tutulmasına görə Livan hökümətinə təşəkkür edib

Tehran Beyrutdakı terror aktı səbəbkarının tutulmasına görə Livan hökümətinə təşəkkür edib. Lakin bəzi İran rəsmiləri ölkə səfirliyini partlatmaq istəyən “Macid əl-Macidin” Ərəbistana verilməsindən narahatdırlar.

İnterAz-ın əl-Məyadinə istinadla verdiyi xəbərə görə, rəsmi Tehran ölkənin Beyrutdakı səfirliyi qarşısında terror aktı törədən “Abdullah İzam Batalyonu”-nun lideri Macid əl-Macidin tutulmasına görə, Livan hökümətinə və eləcə də ölkənin kəşfiyyat rəsmilərinə təşəkkür edib.

Bu arada Livanın bəzi rəsmi və qeyri rəsmi dairələrindən Səudiyyə Ərəbistanı vətəndaşı Macid əl-Macidin öz ölkəsinin kəşfiyyatına təhvil veriləcəyi barədə xəbərlər yayılıb. Elə bəzi İran rəsmiləri də bundan narahatlıq keçirdiklərini bildiriblər. Bu narahatlığa səbəb olan əsas amil isə rəsmi ər-Riyadın Livan ordusunu göstərdiyi 3 milyard dollarlıq yardımlardır və bu o deməkdir ki, bundan sonra Ərəbistan lazımi təzyiqləri rəsmi Beyruta göstərə bilər.

Bildirək ki, ötən ayın 18-də Beyrutda İran səfirliyi qarşısında törədilən partlayış nəticəsində 25 nəfər həlak olmuş və daha 150 insan yaralanmışdı.
1565 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı