Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Yanvar 2014

"The Washington Post" Gülən-Ərdoğan savaşından yazdı

"The Washington Post" qəzeti Türkiyədəki durumla bağlı məqalə dərc edib. Qəzet yazır ki, ölkədəki siyasi böhranla bağlı dəbdən düşmüş “bizans” sifətini işlətmək daha uyğun olardı. Belə ki, prokurorlar 3 nazir oğluna, dövlət bankının rəhbərinə, böyük bir sahibkara və baş nazir Rəcəb Tayyip Ərdoğan hökumətinə yaxın digər fiqurlara qarşı korrupsiya ittihamları irəli sürüblər. Ərdoğan da cavabında prokuroru və onlarla polis zabitini işdən çıxarıb. Hökumət mediası İsrail və Birləşmiş Ştatları günahlandırır.

Müəllif Ərdoğanla Fətullah Gülən arasındakı mübarizəyə də diqqət çəkir: “Bu mübarizənin kökləri sonsuz təxminlərə yol açır. Bəziləri deyir ki, Gülən Ərdoğanın İsraillə ədavətinə və Suriya üsyançılarına güclü dəstəyinə qarşı çıxır. Ancaq Birləşmiş Ştatlar və digər Qərb dövlətləri üçün daha vacibi vaxtilə nümunəvi islamçı lider və prezident Obamanın yaxın müttəfiqi sayılan Ərdoğanın siyasi çağırışlara avtokratik taktika və anti-Qərb ifadələri ilə cavablandırmasıdır. Bu metodlar işləsə, Türkiyənin onsuz da kövrək demokratik institutlarına daha da zərbə dəyəcək.
Sonucda, böhranın taleyini məhkəmələr deyil, seçicilər həll edə bilər. Cənab Ərdoğan martda keçiriləcək bələdiyyə seçkiləri üçün artıq təbliğata başlayıb, siyasi reabilitasiya axtarır. Partiyası udsa, yəqin ki, prezidentin səlahiyyətlərini artırmaq planlarını irəli aparacaq. Bu ilin sonunda keçiriləcək seçkilərdə isə həmin posta namizədliyini verəcək. Ərdoğan 2023-cü ilədək, Türkiyə respublikası kimi 100 yaşını qeyd edənəcən hakimiyyətdə qalmaq planlarını gizlətmir”.

Müəllif daha sonra yazır: “Nə Türkiyə, nə də Qərb hakimiyyətin bu cür möhkəmləndirilməsindən qazanacaq. Obama administrasiyası və Avropa Birliyi hüququn aliliyinə hörmət, polis və prokurorların məhkəmədə öz işlərini təqdim etməsinə şərait yaradılması üçün Ərdoğana təzyiq göstərməlidir”.
1431 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı