Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Yanvar 2014

Təl-Əviv universiteti Israillə Səudiyyə Ərəbistanı arasında gizli ittifaqa dair şok sənəd açıqlayıb

Israil rejiminin Təl-Əviv universiteti sionist rejimlə Səudiyyə Ərəbistanı arasında gizli ittifaqa dair şok sənəd açıqlayıb. Məlum olub ki, heç bir diplomatik əlaqələri olmayan bu iki tərəf arasında həmkarlıq və strateji yaxınlıq gücləndirilir.

Deyerler.org-un "On4TV"yə istinadən verdiyi xəbərə görə, sənəddə bildirilir ki, Iranın Qərblə nüvə proqramı mövzusunda sazişə nail olması və bu sahədə diplomatik qələbə əldə etməsindən sonra bir sıra Körfəz ölkəsi və Israil rejimi çox narahat olublar. Sənədi Təl-Əviv universitetinin Israil Milli Təhlükəsizlik Araşdırmaları Mərkəzi hazırlayıb. Sənəddə Israil rejimi ilə S.Ərəbistanı arasındakı bütün məxfi əlaqələrə aydınlıq gətirir. Məhz bu vəziyyəti təhlil edən sənədə görə, iki tərəfi birləşdirən ən əsas məsələnin arxasında Iranın nüvə qüdrətinə malik olması ilə bölgədə supergücə çevrilməsinə mane olmaq niyyəti durur. S.Ərəbısitanı Israillə nə qədər məxfi ittifaq qursa da, əlaqələrin rəsmiləşdirilməsinə çalışmır. Buna ilk səbəb kimi Fələstinlə aparılan sülh müzakirələri göstərilir. Ikinci səbəb isə budur ki, S.Ərəbistanı Ərəb dünyasından gələ biləcək qınaqdan qorxur. Ancaq bu durum S.Ərəbistanını sionist rejimlə gizli əlaqələr qurmaqdan çəkindirmir.

Bu sənəddə mövzu ilə bağlı Wekaleaks sənədləri də araşdırılıb. Həmin sənədlərdə Israi rejiminin bir sıra Körfəz ölkələrində mühafizə şirkətlərinə müşavirlik xidmətləri göstərdiyi, xüsusi təyinatlı hissələri və orduları xüsusi məlumatlarla təchiz etdiyi açıqlanır. Üstəgəl, Israil və S.Ərəbistanı yüksək səviyyəli məmurlar dəfələrlə məxfi görüşlər keçiriblər və dəfələrlə məxfi müzakirələr aparıblar. Israil bununla da kifayətlənməyərək silah satışına dair qərarlarını yumşaldaraq Körfəz ölkələri üçün xüsusi şərtlərlə satış imkanı təmin edib. Bunun əvəzində də Körfəz ölkələri ""Israildə istehsal olunub" etiketini silməklə bütün Israil məhsullarının Körfəz ölkələrində satışını təmin edib.

Israil Milli Təhlükəsizlik Araşdırmaları Mərkəzi Səudiyyə mənbələrinə istinadən bildirir ki, yerli hökümət ölkədəki ictimai etirazları nəzərə alaraq sionist rejimlə diplomatik əlaqələr qurmağı da fikirləşmir. Hər iki tərəf bu vəziyyətdən hələki razıdır. Mümkün qədər bu vəziyyətdən hər tərəf bəhrələnməyə çalışır.

Vikilksin 2011-ci il sənədlərində S.Ərəbistanı və Israil rejimi arasındakı məxfi yazışmalara diqqət çəkilir. Həmin sənədlərdə S.Ərəbistanı Israil rejimini Irana zərbələr endirməyə çağırır və bunun əvəzində bütün maliyyə dəstəyini üzərinə götürdüyünü bildirir.
1567 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 10:42