Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Yanvar 2014

"Suriya mövzusundakı kəşfiyyat məlumatlarımız yanlış olub"

ABŞ-dan gözlənilən açıqlama: "Suriya mövzusundakı kəşfiyyat məlumatlarımız yanlış olub"

Amerika mətbuatı - Wall Street Journal qəzetinin amerikalı rəsmilərə istinadən verdiyi reportajda Amerikanın Suriya prezidenti Bəşər Əsədin istefa verəcəyinə çox qalmadığına dair irəli sürülən kəşfiyyat məlumatlarının doğru olmayıdığını yazır. Bildirilir ki, kəşfiyyat idarələri də bu informasiyaların yanlış olduğunu etiraf edib.

Deyerler.org-un "İRİB"ə istinadən verdiyi xəbərə görə, Amerika kəşfiyyat idarələrinin Əsədlə bağlı xəbərləri toplamağa çalışdıqları bir vaxtda bu bilgilərin doğru olmadığını anladıqları anlaşılır.

Wall Street qəzetinin bu yazısında qeyd edilir ki, 2013-cü ilin sonunda Amerika dünyada meydana gələn hadisələri artıq uzaqdan istiqamətləndirə bilmədiyini anlayıb.

Xatırladaq ki, bundan qabaq da ABŞ özünün kəşfiyyat məlumatlarına istinad edərək Iraqı işğal etdi, milyondan artıq dinc iraqlının həyatına son qoydu. Lakin illər sonra bu məlumatların səhv olduğu ABŞ tərəfindən rəsmən açıqlandı.
1654 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber