Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Yanvar 2014

Ermənistan 2013-cü ildə atəşkəs rejimini 1796 dəfə pozub

Azərbaycan ötən il 8 şəhid verib, 11 hərbçi yaralanıb, döyüş itkiləri və yaralananların sayı 2012-ci illə müqayisədə 2 dəfə azalıb

Ermənistan 2013-cü ildə atəşkəs rejimini 1796 dəfə pozub.

Azərbaycan Müdafiə Nazirliyinin gündəlik təsdiq etdiyi məlumatlar əsasında aparılan monitorinqin nəticələrinə görə, cəbhədə baş verən döyüşlərdə hər iki tərəf itki verib.

2013-cü ildə atəşkəs pozuntularının sayı 2012-ci ilin nəticələrindən 21,3%, 2011-ci ilin nəticələrindən isə 2,3 dəfə çox olub.

Aylar üzrə vəziyyət

Ötən il ən çox atəşkəs pozuntusu iyun (186), sentyabr (181) və iyul (180) aylarında, ən az isə dekabr (94) ayında baş verib. Ümumilikdə aylar üzrə yanvarda 127, fevralda 154, martda 136, apreldə 161, mayda 158, avqustda 161, oktyabrda 142, noyabrda 116 atəşkəs pozuntusu qeydə alınıb.

Ötən il cəbhədə atəşkəsin ən çox pozulduğu ərazi Füzuli, Ağdam və Goranboy rayonları olub. Füzuli rayonu istiqamətində 470, Ağdam rayonu istiqamətində 433, Goranboy rayonu istiqamətində isə 242 döyüş baş verib. Ümumilikdə, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ cəbhəsində baş verən döyüşlərin 56,8%-i bu üç rayonun payına düşür.

Atəşkəs pozuntularının sayına görə sonrakı yerlərdə Tərtər (188), Xocavənd (135), Qazax (126), Tovuz (60), Cəbrayıl (57), Gədəbəy (42), Göygöl (25), Daşkəsən (10), Ağstafa (4) və Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu (1) gəlir.

Ümumilikdə, atəşkəs pozuntularının 84%-i Qarabağ cəbhəsinin payına düşüb. Ermənistan Ordusunun fevralın ilk ongünlüyü və son günlərində dövlət sərhədində daha çox aktivləşməsi, xüsusilə Tovuz rayonunun Əlibəyli və Mülkülü kəndləri istiqamətində diversiya cəhdləri müşahidə olunub. Ümumilikdə Azərbaycan Silahlı Qüvvələrinin snayperləri tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində qarşı tərəfin 10-dan artıq hərbçisi öldürülüb və yaralanıb.

Avqust ayında Azərbaycan Ordusu tərəfindən cəbhədə diversiyaya cəhd göstərən Ermənistan Ordusunun 5 hərbçisi öldürülüb, biri mayor olmaqla, 6 hərbçisi isə yaralanıb. Ermənistan Silahlı Qüvvələrinin bir hərbçisi isə Azərbaycan tərəfinə keçərək təslim olub. Avqustda ermənilər tərəfindən Naxçıvan Muxtar Respublikası ilə sərhəddə Ordubad rayonu istiqamətində 1 dəfə atəşkəs pozulub.

Aprel ayının sonlarında isə cəbhə xəttinin Ağdam rayonu sahəsində Qarabağda Ermənistan Ordusunda muzdla çalışan, Rusiyadan olan Bolotnikov soyadlı snayper Azərbaycan hərbçiləri tərəfindən vurulub.

İtkilər azalıb

Əvvəlki illərlə müqayisədə 2013-cü ildə Azərbaycan Ordusunun döyüş itkilərinin əhəmiyyətli dərəcədə azaldığı müşahidə olunub. Dəqiqləşmiş məlumatlara görə, ötən atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 8 hərbçisi şəhid olub, 11 hərbi qulluqçusu yaralanıb. Döyüş itkilərinin və cəbhədə yaralananların sayında 2012-ci illə müqayisədə 2 dəfə azalma baş verib./apa/
1553 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 23:41