Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Yanvar 2014

Polis şöbəsinə partlayıcı qoyulması barədə məlumat yayılıb

İmişli Rayon Polis Şöbəsinin (RPŞ) inzibati binasına partlayıcı qoyulması barədə yalan məlumat verən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin saytının verdiyi məlumata görə, dekabrın 31-də saat 16:48-də naməlum şəxs telefonla zəng edərək İmişli RPŞ-nin inzibati binasına partlayıcı qoyulduğunu bildirib.

Araşdırmalar zamanı məlumat təsdiqini tapmayıb. Yalan məlumatın İmişli rayonunun Qızılkənd kənd sakini Ramiz Hümbətov tərəfindən verilməsi müəyyən edilib.

İmişli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R. Hümbətov saxlanılıb və onun sərxoş halda olması müəyyən edilib.
1643 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.12.17, 14:42
Ordumuz şəhid verdi
14.12.17, 09:31
İSRAİLİN SONU - VİDEO
13.12.17, 11:31
“WhatsApp”dan 4 yenilik
12.12.17, 09:01
Qayınata ərinə xəyan